Su tutucu bant

Beton konstruksiyaların birləşmə yerlərinin izolyasiyası materalının seçimi  birləşmədən, konstruksiyaların dinamikliyindən, istismarın temperatur rejimindən, kimyəvi maddələrin təsirindən, suyun işçi təzyiqinin qiymətindən və layihələndirmə zamanı nəzərə alınan digər faktorlardan asılıdır.  PVC əsaslı su tutucu bantlar standart xarakteristikalara malik olmaqla yüksək dinamikliyə, yüksək təzyiqli su axınına malik və yükü tez dəyişən konstruksiyaların hidroizolyasiyasını etibarlı təmin edir.