PVC membran

İstifadə yerinə görə fərqli qalınlıq, rəng və xüsusiyyətlərə malik, elastik PVC`dən (polivinilxloriddən) hazırlanmış  polimer  geomembranlar, təməl, dam , tunel, su hövzə və anbarların, o cümlədən  yeraltı qurğuların hidro izolyasiyasında istifadə olunur.  Yüksək deformasiya və temperatura qarşı yüksək parçalanma müqavimətinə malikdir. Su keçirmir, çürümür , elastikdir, ekoloji cəhətdən  təmizdir.

Növləri:

  • Sarı siqnal təbəqəli (təməl, tunel və yeraltı tikililərin hidroizolyasiyasında tətbiq olunur )

Qalınlıqları: 1.5-2.0mm

  • UV dayanıqlı dam membranı, boz rəngdə (açıq dam və günəş şüaları təsiri altında tətbiq oluna bilir)

Qalınlıqları 1.2-1.5mm

  • Qara membran (Süni göl, su hövzələrinin izolyasiyası üçün tətbiq olunur)

Qalınlıqlar: 1,5mm

  • İçməli Su membranı (Bitki köklərinə dayanaqlıdır, fərqli su hövzələrində tətbiq olunur )

Qalınlıqlar: 1,5mm