OSB plitələr

OSB plitələr yüksək möhkəmliyə malik olub, suya, zərbəyə, yanğına, yüksək rütubətə davamlı, ev və çöl şəraitində nəm çəkməyən taxta plitələrdir. Onun istehsalında yüksək təzyiq və temperaturda preslənmiş iynəyarpaqlı ağacların yastı qırıntılarından və yapışqan rolunu oynayan suya davamlı qətrandan istifadə edilir. Çoxqatlı birləşmə ölçünün sabitliyini və möhkəmliyini təmin edir.

Məhsulun şişmə ehtimalı yoxdur. Yüksək saxlayıcılıq qabiliyyəti – əyilməyə, sıxılmağa və genişlənməyə imkan vermir. Deformasiyaya qarşı çox dözümlüdür. Adi ləvazimatlar vasitəsilə çox rahat kəsilir və bərkidilir. Düz, hamar və boşluqsuz strukturu vardır.

İstifadə sahələri:

  • Taxta konstruksiyalı ev tikintisi
  • Dam örtüyü
  • Divar örtüyü
  • Döşəmə və döşəmə altı
  • Sendvic panel
  • Opalubka (çıxmalar, fundamentlər, bloklar)
  • Anbarlar
  • Mebel elementləri
  • Reklam şitləri
  • Tikinti ərazilərinin hasarlanması
  • Rəflər və stellajlar
  • Dekorativ panellər
  •  

Ölçüləri: 1220*2440mm

Qalınlığı: 9, 12, 15, 18, 20, 25 mm.