Külək və nəmdən qoruma membranı

URSA Seco A –  nəmdən qoruma imkanı yaradan buxarkeçirici, küləkdən müdafiə membranıdır. URSA SECO A –  istilik izolyasiyası və inşaat konstruksiyalarını nəmin və küləyin dağıdıcı təsirindən qoruyur. Membran buxarın istilik izolyasiyasından xaric olunmasına imkan yaradır. Cəphə sistemlərində istilik izolyasiyasına çöl tərəfdən birbaşa birləşdirilir.  Dam sistemlərində isə 35˚-dən yuxarı bucaq altında olduqda tətbiqinə icazə verilir və ventilyasiya aralığı buraxılmaqla quraşdırılmalıdır. 

 

Ölçüləri: 1,5*40m.

Bu tip membran tətbiq olunduqda istilik izolyasiya qatının istismar müddəti 50 ilə qədər uzanır.