Fasad toru

Fasad suvaq filesi inşaatda, binanın fasadını izolyasiya etdikdə izolyasiya sistemində istifadə edilir.

Fasadda suvaq tətbiq etmədən əvvəl izolyasiya materialının üzərinə quraşdırılır. Beləliklə, suvağın möhkəmliyi əldə olunur. Eyni zamanda, file çatlaqların qarşısını alır, suvağın izolyasiya materialının üstündə möhkəm dayanmasını təmin edir.

Fasad izolyasiya sistemində tətbiq olunan suvaq filesinin sıxlığı 160gr/m2 az olmamalıdır, göz aralığı 4*4mm və qələvilərə dayanıqlı olmalıdır.

File ipliklərinin üstü latex qatı ilə örtülərək materialın əsnək olmasını təmin edir, beləliklə suvaq filesi çatlamır, qopmur.