Drenaj lövhəsi

Yüksək sıxlıqlı polietilendən hazırlanmış qabarcıqlı drenaj lövhəsi təməldə pərdə divarlarını sudan və nəmdən,  təməl izolyasiyasını isə  torpağın mexaniki təsirindən qorumaq üçün istifadə edilir. Tikinti işlərində torpaq doldurma zamanı təməlin pərdə divarlarını təməl izolyasiyasının müxtəlif zədələnmələrindən, o cümlədən tökülən torpaq qatının basqı yükünün qeyri-bərabər paylanmasından qoruyaraq hava aralığı yaradır ki, bu da əlavə istilik izolyasiyasının yaranmasına səbəb olur. Eyni zamanda, lövhənin xüsusi qabarcıqlı quruluşu, qrunt sularının drenaj olunaraq, təməldən uzaqlaşmasını təmin edir.

Rulonun ölçüləri: 2×20 metr/tül                                                                                           Ağırlığı: 400 gr/mt2, 500 gr/mt2, 600gr/mt2.