Döşəmənin səs izolyasiyası

Döşəmənin səs izolyasiyası materialı – rulon formasında olan astar, mərtəbələrarası səs izolyasiya məhsuludur. Mərtəbələr arasında yayıla biləcək mexaniki zərbə səslərinin yayılmasının qarışısını alır. 26dB səsin kəsilməsinə nail olunur. Üst alüminium folqa qatının deşilməyə qarşı yüksək möhkəmliyi vardır və alt izolyasiya qatının, sement beton qatqısının verilməsi zamanı nəmdən qorunmasını təmin edir.

Rulonun nisbətən qalın olmaması səs izolyasiyası zamanı, hündürlük itkilərinə yol verməməsi nöqteyi-nəzərdən çox əlverişlidir. Geniş istifadə sahələri vardır: yaşayış evləri, hotellər, uşaq bağçaları, biznes mərkəzləri, ofis binaları, ticarət mərkəzləri, xəstəxanalar və digər obyektlərin istifadəsi üçün ideal vasitədir.

Rulonun kənarları bir-birinə bərkidilməsi məqsədi ilə yapışqan lent ilə təchiz edilib.

Rulon ölçüləri: 1*7metr.

Üstünlükləri:

  • 50 ildən çox xidmət müddəti
  • Asan və sürətli quraşdırılma
  • Mexaniki səslərdən müdafiə
  • Elektromaqnetik şüalardan qorunma