Bitumlu membran

Təqdim etdiyimiz bitumlu hidroizolyasiya membranları Rusiyanın “TEXNONIKOL” zavodunun istehsalıdır. "TEXNONIKOL" markasının Azərbaycanda rəsmi nümayəndəsi olaraq şirkətimiz həmin marka tərəfindən istehsal olunan məhsulların tamamını Bakıdakı anbarlarımızda sizə təqdim edir:

Şüşə-parça və ip əsaslı hidroizolyasiya membranları, dam örtüklərinin üst və alt səthlərinin qorunması, özüllərin, tikililərin torpaq altı hissələrinin, qarajların, tunellərin, körpü və viadukların hidroizolyasiyası üçün istifadə olunur. Örtük standartlara uyğun tətbiq olunarsa 20 ildən az olmamaq şərti ilə xidmət göstərə bilər.

Təklif etdiyimiz bitumlu hidroizolyasiya membranları müxtəlif qalınlıqlarda: 2,5-4,0mm. 

Fərqli tərkiblərdə təqdim olunur: ipli, parçalı, polyesterli və s.

Şirkətimiz “TEXNONIKOL” markasının Azərbaycanda rəsmi nümayəndəsidir.