Doğru fasad izolyasiyası necə olmalıdır?

17 avqust 2020

Doğru fasad izolyasiyası necə olmalıdır?
  • Fasad istilik İzolyasiyasından əvvəl tətbiq səthinin hazırlanması

Fasad səthinin istilik izolyasiyasına başlamazdan əvvəl tətbiq sahənin mexaniki gücü və uyğunluğu yoxlanılmalıdır. Yeni binalarda divar səthi təzyiqli su ilə yuyulmalı, köhnə binalarda isə səthə yapışmış kir, yağ, sement qalıqları, toz təmizlənməlidir.

Köhnə binalarda divarın üzərində qabarmalar, çatlaqlar təmir edilməlidir.

Fasada istilik izolyasiyası etdirmək  üçün havanın tempraturu +5oC üstü və +30oC-nin altında olmalıdır.

  • Fasad profilinin quraşdırılması

Fasad izolyasiyasını xarici zərbədən və zirzəmidən gələn rütubətdən qorumaq üçün yerdən 30 sm hündürlükdə fasad profilləri tətbiq edilir.

Profillərin ölçüsü sistem quruluşuna və tikiliyə lazım olacaq istilik izolyasiya materialının qalınlığına görə təyin olunur.

Fasad profilləri tətbiq səthinə uyğun fiksasiya elementləri ilə bərkidilməli və künc birləşmə yerlərində uc hissələri 45o bucaq altında kəsilərək sabitlənməlidir. Eyni zamanda künclər arasında minimum 1 mm məsafə qoyaraq bir-birinə bərkidilməlidir.

 

Hamar səthlərdə istilik izolyasiya materialı üfüqi formada fasad profilinin üzərindən sement  vasitəsi ilə fasada yapışdırılır.

İstilik izolyasiya materialı arasında heç bir boşluq olmadan düzülməlidir. Bu qayda künc hissələrə də tətbiq olunmalıdır. İstilik izolyasiya materialını yerləşdirərkən sementin materialın arasına  sızmamasına diqqət yetirilməli və tətbiq zamanı səthin hamarlığı daim yoxlanılmalıdır.

  • İstilik izolyasiya materialının dübellə bərkidilməsi

Dübelləmə prosesi istilik izolyasiya materialı yapışdırıldıqdan 24 saat sonra başlamalıdır. Sistemdə istifadə ediləcək mexaniki dübelin növü və uzunluğu tətbiq olunan səth quruluşuna, istilik izolyasiya materialının qalınlığına və fasadda baş verə biləcək mexaniki yük meyarlarına görə təyin olunmalıdır.

Dübelin gövdəsi və drel başlığı ilə izolyasiya materialı üzərində deşik açılır və dübel başlıqlarına uyğun sayğac açma aparatı seçilərək sayğacın başlığı açılmalıdır. Dübellər bu başlıqlara yerləşdirilərək tətbiq edilməli və başlıq ətrafında qalan boşluqlar isə hamar səth yaratmaq üçün gipslə örtülməlidir. Hər bir istilik izolyasiya piltəsi üçün 5 ədəd dübel istifadə olunur.

  • Kənar və künc profillərin tətbiqi

Bina fasadının kənarları və küncləri eyni zamanda qapı və pəncərə bölmələrinin kənar və künc hissələri fasadda ən yüksək mexaniki stressə məruz qalan hissələrdir və çatlama riski daha çoxdur. Bu hissələrdə hamar və davamlı bir görünüş yaratmaq üçün binada alüminium və ya PVC profillər istifadə edilməlidir.

  • Fasad istilik izolyasiya materialına fasad izolyasiya torunun və suvağın tətbiqi

İzolyasiya materialının yapışdırılmasından ən az 24 saat sonra Fasada suvaq tətbiq edilir və sementin qurumağını gözləmədən fasad izolyasiya torunu aşağıdan yuxarıya doğru yerləşdirilməlidir.

Səthdə meydana çıxa biləcək çatlaqların qarşısını almaq üçün hər təbəqədə 2 mm gips tətbiq olunmalı və ümumi qalınlığı 4 mm-dən çox olmamalıdır. Fasaddakı pəncərələr və qapı küncləri kimi həssas yerlər üçün möhkəmləndirici digər profillər istifadə edilməlidir.

  • Boya və və ya dekorativ suvaq tətbiqi

Boya və ya dekorativ suvağı tətbiq etməzdən əvvəl səthin udma qabiliyyətini tarazlaşdırmaq və örtüklə səth arasındakı yapışdırıcılığı artırmaq üçün astar tətbiq edilməlidir. Sözügedən proses  astar tətbiqləri tamamilə quruduqdan sonra aparılmalıdır (təxminən 6 – 7 gün sonra). Dekorativ suvaq polad və ya plastik mala ilə tətbiq edilir və son mərhələdə istifadə olunan örtük materialına görə bir başqa mala istifadə edərək səthdə tekstura yaradılır.

Dekorativ suvaq quruduqdan sonra xarici boya (istəyə və zövqə görə dəyişə bilər.) Tətbiq olunur və sistem tamamlanır.