Dam izolyasiyasının 7 faydası

10 avqust 2020

Dam izolyasiyasının 7 faydası

Tədqiqatlar göstərir ki, enerji itkisinin 20-25%-i dam örtüklərindən qaynalanır. Bu səbəbdəndir ki, dam izolyasiyası ən vacib izolyasiya prosesi hesab olunur. Düzgün izolyasiya materiallarla dam izolyasiyası edildikdə bu həm sağlamlığa, həm də ailə büdcəsinə olduqca müsbət təsir göstərəcək.

Dam izolyasiyasıyanın faydaları:

 

  • Tikintilərdə istifadə olunan enerji miqdarı azalır, enerji israfının qarşısı alınır.
  • İzolyasiya edilmiş damlar su sızması, rütubət, pis qoxu və hətta revmatizma kimi xəstəliklərin qarşısını ala bilir.
  • Dam izolyasiyası eyni zamanda xaricdən gələn səs-küyün qarşısını da ala bilir.
  • İstilik izolyasiya etdirməklə tikilidən xaricə gedən istilik itkisi kəskin formada azalır.
  • İzolyasiya olunmuş divarların daxili qisimlərində küflənmə, qabarma, sement tökülməsi kimi vəziyyətlərə rast gəlinmir.
  • Damın istilik izolyasiyası həm də yay aylarında evlərin sərin qalmasını təmin edir
  • İzolyasiya olunmuş damlarda ara məsamələrə su yığılmadığı üçün divardakı materiallar paslanıb çürüməz.