PLASTİK DÜBEL
Türkiyə istehsalı plastik fasad izolyasiya dübeli, birinci sinif PVC plastifikatından istehsal edilir. Dübellər, istilik izolyasiya materiallarını (XPS, daş yunu) kərpic, beton, qazobeton kimi daşıyıcı konstruksiyaya montaj edilməsi üçün nəzərdə tutulub. Əsasən azmərtələbi tikililərin fasadına izolyasiya materiallarının bərkidilməsi üçün istifadə edilir. 12 metr yüksəklikdən yuxarı istifadə edilməsi məsləhət görülmür.