Yüksək sıxlıqlı daş yunu və yaxud şüşə yunu liflərindən, silindir formasında istehsal olunmuş izolyasiya materialı, isitmə və soyutma sistemlərində, boruların istilik və səs izolyasiyası məqsədi ilə istifadə edilir.
Günəş şüalarına dayanıqlığı artıqmar, nəmin və istilik itkisinin qarşısını almaq məqsədi ilə üzəri aluminium folyo ilə örtülmüş vəziyyətdə istehsal olunur. Müxtəlif diametrli borularda tətbiq edilə bilməsi üçün, məhsul müxtəlif diametrlərdə istehsal olunur. Fərqli temperaturlarda, fərqli qalınlıqlarda silindirlər istifadə edilməlidir.