ÇİTA Basqı profili – PVC və ya digər polimer membranları, drenaj lövhələrin, bitumlu membranların və digər izolyasiya məhsullarının divar ilə birləşim yerlərində, membranları divara sıxmaq və həmin yerdən suyun membranın arxasına daxil olmasının qarşısını almaq məqsədi ilə istifadə edilir. Basqı nəticəsində membran divara sıxılır və arası hermetik ilə doldurularaq, birləşim yerinin sağlam olması qarantiya altına alınır.
Profillər alüminium istehsal edilir və 3 metr uzunluğunda olur.
Türkiyə istehsalıdır.