Püskürtmə izolyasiyası

Şirkətimiz "Texnonikol" markasının Azərbaycanda rəsmi nümayəndəsi olduğu üçün "Texnonikol" markasının poliuretan köpük məhsullarınında geniş çeşidlərini idxal edir. "Texnonikol" köpük poliuretan məhsullarının çox geniştəyinatlı çeşidlərini istehsal edir. Məhsullar həm texniki göstəricilərinə görə siniflənir – professional master modelləri vardır, həm də istifadə temperatur aralıqlarına görə – yalnız yaz/yay və yaxud da hər fəsil modelləri vardır. Eyni zamanda, penalar hermetizasiya etmək üçün, yapışdırıcı penalar, yanmaz penalar, izolyasiya edici penalar olaraq siniflənir. 

Penalar müxtəlif yerlərdə tətbiq edilir:

Qapı və pəncərə kənarları, yanmaz qapıların istehsalı zamanı, boşluq və aralıqların doldurulması zamanı, arakəsmə elementlərinin sabitlənməsi, izolyasiya materiallarının yapışdırılması və müxtəlif digər təyinatlar.

Sizin istəyinizə və sorğunuza görə doğru məhsulu seçə bilməyimiz üçün bizim peşəkar satış menecerlərimiz ilə əlaqə saxlaya bilərsiniz.