Foam

Şirkətimiz "Texnonikol" markasının Azərbaycanda rəsmi nümayəndəsi olduğu üçün "Texnonikol" markasının poliuretan köpük məhsullarının da geniş çeşidlərini idxal edir. "Texnonikol" köpük poliuretan məhsullarının çox geniş təyinatlı çeşidlərini istehsal edir. Məhsullar həm texniki göstəricilərinə görə siniflənir – professional və master modelləri vardır, həm də istifadə temperatur aralıqlarına görə – yalnız yaz/yay və yaxud hər fəsil modelləri vardır. Eyni zamanda, penalar hermetizasiya etmək üçün, yapışdırıcı penalar, yanmaz penalar, izolyasiyaedici penalar olaraq siniflənir. Penalar müxtəlif yerlərdə tətbiq edilir:

Qapı kənarları, pəncərə kənarları, yanmaz qapıların istehsalı zamanı, boşluq və aralıqların doldurulması, arakəsmə elementlərinin sabitlənməsi, izolyasiya materiallarının yapışdırılması və müxtəlif digər təyinatlar.

Sizin istəyinizə və sorğunuza görə doğru məhsulu seçə bilməyimiz üçün bizim peşəkar satış menecerlərimiz ilə əlaqə saxlaya bilərsiniz.