EPDM membran

EPDM membranı emal məhsulu olan etilen və propilendən hazırlanan sistetik kauçukdur. Kauçuk məhsulları arasında EPDM membranını digərlərindən ən çox fərqləndirən cəhət baş verə biləcək yüksək temperatur dəyişiklikləri zamanında belə elastikliyini, gərilmə gücünü və uzanma elastikliyi saxlamasıdır

Müxtəlif hava şəraiti, günəş şüaları, ozon, turşular və məhsullara qarşı müqavimətlidir.

Bu xüsusiyyətlərinə görə EPDM membranının aşağıdakı sahələrdə tətbiq edilməsi məsləhətlidir:

Vent fasad sistemlərində pəncərə kənarları, bina təməli, yan pərdə divarları, teras və damlar, gölməçələr, müxtəlif su hovuzları.

EPDM membranı çürümür, tərkibində sağlamlığa zərərli heç bir maddə yoxdur və əmələ gətirmir. Yanğın zamanı belə EPDM membranı sağlamlığa zərərli maddələr yaratmır.