Doğru döşəmə izolyasiyası necə olmalıdır?

05 aprel 2021

Doğru döşəmə izolyasiyası necə olmalıdır?

Doğru döşəmə izolyasiyası necə olmalıdır?

Aşağı mərtəbə və ya zirzəmidən gələn soyuğun qarşısını almaq üçün döşəmə izolyasiyası mühüm amildir.Hazırda şəxsi evlərin döşəməsi betondan hazırlanır bu isə ev sahiblərini döşəmə izolyasiyası problemi ilə qarşı-qarşıya qoyur. Beton yüksək istilik keçiriciliyinə malik olduğu üçün döşəmələr evin daxilində soyuqluq mənbəyinə çevrilir.

Döşəmə izolyasiyasının faydaları nələrdir?

  • Döşəmə izolyasiyası evin temperaturunu normada saxlayır
  • Enerji xərclərinə qənaət edir
  • Aşağı mərtəbədən gələn səsin qarşısını alır
  • Döşəmədə yaranan titrəmənin qarşısı almağa kömək edir

Döşəmə izolyasiya sistemi necə olmalıdır?

Döşəməni izolyasiya etdirməzdən əvvəl istifadə olunan məhsulların keyfiyyətinə əmin olmaq lazımdır. Keyfiyyətsiz məhsul istənilən effekti verməməklə bərabər əlavə fəsadlar da törədə bilər. Bununla yanaşı istifadə olunan məhsulların düzgün adıcıllıqla tətbiq olunması mühüm amildir.

Döşəmə izolyasiya sistemi aşağıdakı ardıcıllıqla aparılır:

  • Əvvəlcə çarpaz taxtalar yerləşdirilir
  • Taxtaların üzərində müdafiə membranı istifadə olunur
  • Müdafiə membranların üzərindən daş yunu yerləşdirilir
  • Növbəti addımda daşıyıcı taxtalar istifadə olunur
  • Buxar və Nəmə qarşı membran tətbiq edilir 
  • İzolyasiyanın son mərhələsində isə membranın üzərindən çarpaz alt taxtalar istifadə olunur.

Qeyd edək ki, yüksək keyfiyyətli döşəmə izolyasiyası təkcə evdə rahatlıq səviyyəsini artırmır, həm də tikinti materiallarının xarici amillərdən qorunmasını təmin edə bilər.