Təqdim etdiyimiz bitumlu hidroizolyasiya membranları, Rusiyanın “KRZ” zavodunun istehsalıdır. KRZ zavodu 1962-ci ildə qurulmuşdur və artıq 56 ildirki müasir standartlara cavab verən hidroizolyasiya məhsularının istehsalını həyata keçirir. KRZ markasının Azərbaycanda rəsmi nümayəndəsi olaraq, şirkətimiz, KRZ tərəfindən istehsal olunan məhsulların tamamını, Bakıda anbarlarımızda Sizə təqdim edir:
Şüşə-parça və ip əsaslı hidroizolyasiya membranları, dam örtüklərinin üst və alt səthlərinin qorunması, özüllərin, tikililərin torpaq altı hissələrinin, qarajların, tunellərin, körpü və viadukların hidroizolyasiyası üçün istifadə olunur. Örtük standartlara uyğun tətbiq olunarsa, 20 ildən az olmamaq şərti ilə xidmət göstərə bilər.
Təklif etdiyimiz bitumlu hidroizolyasiya membranları müxtəlif qalınlıqlarda 2,5-4,0mm , fərqli tərkiblərdə təqdim olunur (ipli, parçalı, poliesterli və s).
Şirkətimiz “KRZ” markasının Azərbaycanda rəsmi nümayəndəsidir.