Şirkət haqqında
Ümumi məlumat



Məhsullar kataloqunu
PDF formatında endir



 

     İlk biznes fəaliyyətimizi öz mühəndis potensialımız hesabına kiçik su elektrik stansiyaların, külək generatorların, günəş kollektorları və batareyaların quraşdırılması xidmətləri ilə, 2005-ci ildə qeydiyyatdan keçmiş  AZELM və Caspian Energy Construction şirkətləri çərçivəsində  başlamışıq.  Bu işləri həyata keçirərkən  energetik avadanlıqları və inşaat materiallarına olan ehtiyaclarımızı ilk müddətdə daxili bazardan təmin etmişik və sonradan tikinti həcmləri artdıqca onları respublikaya özümüz  idxal etməyə başlamışıq.

     Tədricən müəssisəmiz enerji layihələrini həyata keçirməklə  yanaşı daxili bazara inşaat materiallarını idxal edən iri şirkətə çevrilmişdir. İnşaat materiallarının iri idxalçısı olaraq izolyasiya məhsullarını əsas istiqamət olaraq seçdik. Hal-hazırda şirkətin paytaxt və regionlarda izolyasiya materialların satışı ilə məşğul olan 100-dən çox topdan satış mərkəzlərinə malik diler şəbəkəsi mövcuddur. Eyni zamanda müəssisəmiz respublikamızın onlarla iri tikinti şirkətini izolyasiya materiialları ilə təmin edir və bu sahədə onların müxtəlif texniki, elmi və mühəndislik xidməti sifarişlərini həyata keçirir. 

      “Caspian Energy Construction”  Ltd   respublikamızın inşaat sektorunun tələblərinə müvafiq olaraq Almaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və Ukraynanın dünya şöhrətli şirkətlərinin istehsal etdiyi izolyasiya materiallarının respublikaya idxalını və daxili bazarda satışını həyata keçirir. Qiymət, məhsul çeşidləri və məhsullarımızın keyfiyyətinə görə bazarda lider mövqeyə sahibik.

     İdxal etdiyimiz izolyasiya malları ciddi tikinti standartlarının tələblərinə cavab verir və aşağıdakı istiqamətləri əhatə edir:

  • Termoizolyasiya
  • Hidroizolyasiya 
  • Texniki izolyasiya 
  • Akustik izolyasiya
  • Buxar izolyasiyası

     Şirkətimiz, qeyd olunan istiqamətlərdə müxtəlif xidmətləri, o cümlədən, məsləhət, layihələndirmə, quraşdırma işlərini həyata keçirir.


Hər zaman xidmətinizdə,

"CASPIAN ENERGY" Şirkətinin

İzolyasiya Materialları Bölümü

Məhsul sıramız:
 
- Bitumlu membranlar (TOL)
- Şüşə yunu (steklovata)
- Daş yunu 
- Mineral yun
- Mastika  MBKG-85
- Praymer bitumlu
- Mastika bitumlu
- PVC geomembranlar
- Su tutucu bantlar
- Geotekstil (keçə)
- PVC boru izolasiyası (izolent)
- Drenaj lövhəsi
- Suvaq setkası
- Havalandırma kanal izolyasiyası 
- Kauçuk köpük boru izolyasiyası 
- Havalandırma kanal izolyasiyasının yapışdırıcısı
- Paroizolyasiya SECA